Səlcuq Bayraqdar Zəfər Günü ilə bağlı PAYLAŞIM EDİB - VİDEO

14:54 08.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Hafta.az-ın məlumatına görə, bununla bağlı o, öz "Twitter" hesabında paylaşım edib.

“Dursa, qarşımda bütün cahan,
vermərəm öz torpağımdan!

Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqəddəs şəhidlərimizin ruhu şad olsun”, - paylaşımda bildirilib.